Bakı. Trend:
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondununvəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştliipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmugəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilib.
Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Qərara əsasən, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdətutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlbetmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıqməcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimumaylıq əməkhaqqının 3, digər rayon (şəhər) və qəsəbələrdə(kəndlərdə) isə 2 misli miqdarında hesablanacaq.