AZ

Həbsdə olan revanşist erməni keşişlər aclıq elan etdilər, amma qidalandılar...

Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan  revanşist və irqçi  erməni keşişləri Vazgen (Baqrat) Qalstanyan və Gevorq (Mikael) Ajapahyan iyulun 5-də, Ermənistanın Konstitusiya Günü münasibətilə bir günlük aclıq aksiyası keçirəcəklərini açıqlayıblar.

Hafta.az xəbər verir ki, məsələ ilə bağlı “Haykakan Jamanak” elan edilən aclıq aksiyasını keçirib-keçirmədiklərini öyrənmək üçün cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib ki, aclıq edən şəxs ilk növbədə cəzaçəkmə müəssisəsinə yazılı şəkildə müraciət etməli, bu barədə onlara məlumat verməlidir, bu halda həmin şəxsin aclıq aksiyası keçirməsi əsas kimi qəbul edilir.

Navikyanın sözlərinə görə, adıçəkilən şəxslərdən aclıq aksiyası keçirmək üçün yazılı müraciət daxil olmayıb.

“Haykakan Jamanak”ın məlumatına görə, Qalstanyan və Ajapahyan elan etdikləri aclıq aksiyasını keçirməyiblər və cəzaçəkmə müəssisəsində qidalanıblar.

Seçilən
1
4
hafta.az

10Mənbələr