BAKI, 7 iyul. TELEQRAF
İran Prezidenti Məsud Pəzəşkian İsrail hakimiyyətinin onun üzərinə sui-qəsd cəhdi etdiyini, lakin bu cəhdin uğursuz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
Pəzəşkian sui-qəsd cəhdinin təxminən bir həftə yarım əvvəl baş verdiyini və ABŞ-nin bu hadisədə iştirak etmədiyini vurğulayıb.
“Biz iclasdaydıq, növbəti addımları müzakirə edirdik. İsrailin casuslarından alınan kəşfiyyat məlumatları əsasında onlar iclas keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, –İran Prezidenti əlavə edib.