AZ

Sahilboyu ərazilərində ekoloji cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Paytaxtın Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.

Özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin və inzibati xətaların qarşısının alınması məqsədilə mütəmadi tədbirlər keçirilir.

Seçilən
21
9
apa.az

10Mənbələr