AZ

Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirildi (FOTO)

Bakı. Trend:

Barselonanın Palau Dalmases sarayında NARGIS jurnalınıntəşkilatçılığı ilə “Əlifba. A Cultural Alphabet” kitabınıntəqdimatına həsr olunmuş möhtəşəm mədəniyyət axşamı baş tutdu.

Trend xəbər verir ki, dil,illüstrasiya və hekayə vasitəsilə Azərbaycanın mədəni irsinicanlandıran bu unikal layihə Rabat, Doha, Berlin və digərşəhərlərdəki uğurlu təqdimatlardan sonra öz beynəlxalq mədənisəyahətini Barselonada davam etdirdi.

Gecə geniş auditoriyanı bir araya topladı – qonaqlar arasındaAzərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyininnümayəndələri, İspaniyanın aparıcı media qurumlarının təmsilçiləri,yaradıcı ziyalılar, tələbələr, gənclər və Kataloniyadakı Azərbaycandiasporasının üzvləri yer aldı. Tədbirin açılışında qonaqlaraAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov müraciət edərək onları salamladı.

“Əlifba. A Cultural Alphabet” Azərbaycanın əlifbası vasitəsiləmədəni irsə aparan bir səyahətdir. Hər bir hərf qədim memarlıqnümunələrindən və sənətkarlıq ənənələrindən tutmuş folklorobrazları və görkəmli şəxsiyyətlərə qədər milli kimliyin müxtəliftərəflərini təqdim edir. Kitab həm uşaqlar, həm də böyüklər üçünnəzərdə tutulub və Azərbaycanın zəngin mədəniyyətini dərindəntanıtmaq məqsədi daşıyır.

Layihənin ideya müəllifi və rəhbəri NARGIS jurnalının başredaktoru Ülviyyə Mahmuddur. O, Azərbaycan mədəniyyətinin dünyadatanıdılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə tanınır.Kitab 2019-cu ildə işıq üzü görmüş və o vaxtdan bəri müxtəlifölkələri əhatə edərək bir neçə dilə tərcümə olunmuşdur.

Tədbirin qonaqları zəngin proqramdan zövq aldılar: RəşadƏləkbərovun layihə üçün xüsusi olaraq yaratdığı “Welcome to Baku”adlı instalyasiya; “History in Letters” sənədli animasiya filmininnümayişi (film üzərində prodüser və rejissor Meran İsmayılsoy,ssenarist Ağamehdi Abidov, rəssamlar Kənan Şeyxzamanlı və NərgizHeydər çalışıblar); Azərbaycanın müxtəlif bölgələrinə məxsus milligeyimlərin nümayişi; milli mətbəximizin təamlarından ibarətqastronomik hissə; pianoçu Etibar Əsədli və tar ifaçısı Şəhriyarİmanovun iştirakı ilə keçirilən musiqi proqramı. Kitabınillüstrasiyaları tanınmış rəssam Orxan Hüseynova məxsusdur. Axşamınsimvolik rəmzlərindən biri isə Teymur Qəribovun hazırladığı büllurkristal idi – bu incə əsər saf dəyərlərin, mədəniyyətin vəəbədiyyətin poetik metaforası kimi təqdim olundu.

Tədbir İspaniya Krallığındakı Azərbaycan RespublikasınınSəfirliyinin və Kataloniyada Azərbaycan diasporunu təmsil edənBarselonadakı Azərbaycan Evinin (Casa Azerbaiyán en Barcelona)dəstəyi ilə təşkil olunmuşdur.

Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Seçilən
3
34
az.trend.az

10Mənbələr