AZ

“Danas” qasırğası Tayvanda insan tələfatına səbəb olub

Bakı, 7 iyul, AZƏRTAC

“Danas” qasırğası Tayvanda iki nəfərin ölümünə, 500-dən çox insanın isə xəsarət almasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, qasırğanın mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatıb. Təbii fəlakət səbəbindən ölkənin qərbində müəssisələr və məktəblər bağlanıb. Güclü külək elektrik naqillərini qırıb, 700 min ev işıqsız qalıb. Qasırğa, həmçinin 300-dən çox aviareysin ləğv olunması və dəmiryolu hərəkətinin dayanması ilə nəticələnib.

Sinoptiklərin proqnozuna görə, qasırğa həftənin sonunda Çinin şərq sahillərinə çatacaq.

Seçilən
11
3
azertag.az

10Mənbələr