Nizami rayonunda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb
Bakının Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7 min 980 manat dəyərində ehtiyat hissələri oğurlanıb. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb. Araşdırma aparılır.