AZ

Rusiya İstintaq Komitəsi istefaya göndərilən nəqliyyat nazirinin ölümü ilə bağlı məlumat yayıb

Rusiya İstintaq Komitəsi bu gün istefaya göndərilən nəqliyyat naziri Roman Starovoytun ölümü ilə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, məlumatda bildirilib ki, istintaq komitəsi Roman Starovoytun ölüm şəraitini müəyyənləşdirir.

Bu gün Moskva vilayətinin Odintsovo rayonunda Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Starovoytun şəxsi avtomobilində güllə yarası almış meyiti tapılıb.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər. Əsas versiyanın intihar olduğu bildirilib.

Seçilən
14
50
apa.az

10Mənbələr