AZ

İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - YENİLƏNİB

Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt Moskva yaxınlığında Odintsovodakı evində ölüb tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov RTVI-yə bildirib.

“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb.

“Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin keçmiş rəhbəri, əvvəllər onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib.

17:20

İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt özünü güllələyib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin onun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Seçilən
14
50
moderator.az

10Mənbələr