NATO-ya üzv ölkələrin ÜDM-nin ən azı 5%-i həcmində yeni müdafiə xərcləri hədəfini qəbul etdikdən sonra Türkiyə hərbi büdcəsində görünməmiş artıma hazırlıq görülür.
Publika.az xəbər verir ki, mövzuya toxunan "Al Monitor" yazır ki, Ankaranın 10 il ərzində proqramı tamamilə öz hesabına maliyyələşdirərək 200 milyard dollara qədər investisiya qoyacağı gözlənilir.
İyun ayında Haaqada keçirilən sammitdə NATO ölkələri razılaşıblar ki, milli gəlirin 3,5 faizi “birbaşa müdafiə ehtiyaclarına”, digər 1,5 faizi isə təhlükəsizliklə bağlı infrastruktur və sənayeyə yatırılacaq.
Bildirilir ki, Türkiyə 2024-cü ildə müdafiə və təhlükəsizliyə təxminən 45 milyard dollar xərcləyəcək. Bu isə ÜDM-nin 3,46%-nə (1,3 trilyon dollar) bərabərdir. Bu, hər il daha 20 milyard dollar, on il ərzində isə 200 milyard dollar arta bilər.
Düşündürücü sual: Bu qədər pul hara gedəcək?
Ekspertlərə görə, indi prioritetlər təkcə ənənəvi silahlar deyil, həm də ən son texnologiyalar - robototexnika, kosmik, kibermüharibə olacaq. Əsas istiqamətlər arasında layihələrin sürətləndirilməsi və satınalmada köhnə səhvlərin aradan qaldırılmasıdır. Bunlara daxildir:
- beşinci nəsil milli gizli qırıcı - MMU Kaan,
- çox qatlı raketdən müdafiə və hava hücumundan müdafiə sistemi - Steel Dome,
- başlaması 10 ilə yaxındır təxirə salınan Altay əsas döyüş tankı proqramı,
- Türkiyə dəniz proqramlarının bir hissəsi olaraq yeni gəmilər və sualtı qayıqlar.