AZ

“20 yanvar” stansiyası yaxınlığında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının  yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.  Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Seçilən
0
8
unikal.az

10Mənbələr