"CHİNA ENERGY CONSTRUCTİON GROUP CO., LTD" şirkəti Azərbaycanda filialını yaradıb.
Marja.az xəbər verir ki, Dövlər Vergi Xidməti "CHİNA ENERGY CONSTRUCTİON GROUP CO., LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialını dövlət qeydiyyatına alıb.
Filialın qanuni təmsilçisi HUANG, FUPING-dir.
Filialın hüquqi ünvanı AZ1078, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev.4/18-dir.
Qeyd edək ki, Energy China 140-dan çox ölkədə fəaliyyət göstərən enerji, enerji və infrastruktur sənayelərində dünya lideridir.
Qeyd edək ki, Azərbaycan “China Energy International Group Co., Ltd. ”şirkətilə əməkdaşlığa başlayıb. Şirkətlə əməkdaşlıq gündəliyinə Azərbaycanda elektrik enerjisi planlaşdırılması və şəbəkə araşdırmaları, Birgə Yaşıl Enerji Tədqiqat Mərkəzinin yaradılması, su, günəş və dənizdə külək elektrik stansiyası layihələri, həmçinin “yaşıl enerji” interkonnektorlarının inkişafı üzrə təşəbbüslər daxildir.