AZ

Lənkəranda 178 şahmatçı yarışır

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşəbbüsü ilə keçirilən “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunan “Lankaran Open” festivalının açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.

Qeyd edək ki, “Lankaran Open” İsveçrə sistemi üzrə 9 turdan ibarətdir və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
6
futbolpress.az

10Mənbələr