AZ

İKZF-nin zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 milyon manat kredit verilib

Bu ilin iyulun 1-nə müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 milyon manat məbləğində kredit verilib ki, bunun da 38,2 milyon manatı cari ilin yanvar-iyun aylarının payına düşüb.

Fondun məlumatına görə, mexanizm çərçivəsində indiyədək zəmanət verilən kreditlərin orta müddəti 28 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanan faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 5,7 min yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Seçilən
26
25
vergiler.az

10Mənbələr