AZ

“Bakı Hərbi Məhkəməsi qarşısında dayanmalı olan şəxslərdən biri də Sərkisyan və Köçəryandır”

“Bakı Hərbi Məhkəməsi qarşısında dayanmalı olan şəxslərdən biri də Sərkisyan və Köçəryandır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqına qarşı cinayət törədən hər kəs kimi onların da qanun qarşısında cavab verməsi mütləqdir:

“Xalqımıza qarşı ağır cinayət törədən şəxslərin Bakı Hərbi Məhkəməsi qarşısında dayanaraq etdikləri əməllərə görə məsuliyyət daşıması dövlətimizin tarixi zəfəri, ədalətin təntənəsidir. Bütün bunlar bizdə haqlı olaraq qürur hissi doğurur. Lakin yalnız bu şəxslərin deyil, xalqımıza qarşı cinayət törədən bütün digər şəxslərin, eləcə də Sərkisyanların, Köçəryanların və digərlərinin də Bakı Hərni Məhkəməsi qarşısında dayanmasına ehtiyac var. Heç kimə sirr deyil ki, xalqımıza qarşı həyata keçirilən cinayətlərin bir çoxunda məhz bu şəxslərin əli var və onların məsuliyyətdən kənarda qalması əsla qəbul edilə bilməz.

İnanıram ki, gün gələcək, bu şəxslər də qanun qarşısında cavab verəcək, etdikləri əməllərə görə məsuliyyətə cəlb olunacaqlar”.

Seymur ƏLİYEV

 

Seçilən
7
50
moderator.az

10Mənbələr