Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliyanın Meteorologiya Bürosu məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ Riverton şəhərinin 208 kilometrliyində baş verib.
Yeraltı təkanların dərinliyi 10,0 km-dir.
Sunami təhlükəsinin olmadığı bildirilib.
Hələlik tələfat və ya əmlaka dəyən ziyan barədə məlumat verilmir.