AZ

“İş bitdi, amma qalib yoxdur”

Son vaxtlar baş rolda oynadığı “F1: The Movie” filminin kassa uğuru ilə gündəmdə olan Bred Pittin şəxsi həyatında əhəmiyyətli bir peşmançılıqla mübarizə apardığı bildirilir. “Us Weekly” anonim mənbəyə istinadən 61 yaşlı ulduzun alkoqolizmlə mübarizəsinə və Ancelina Colidən boşanmasına toxunub.

Jurnal öz mənbəsinin 8 ildir davam edən boşanma prosesi ilə bağlı bu sözləri deyib: “Boşanma uzun illər onun həyatını idarə edən bir şey olub. Ona aşiq idi və səhv etdiyini bilirdi. Bu, çox dağıdıcı və zərərli bir vəziyyət idi”.

2004-cü ildə “Tomb Raider” ulduzu ilə görüşməyə başlayan Pitt 10 il sonra evləndi. Cəmi iki il evli olan cütlük 8 il davam edən hüquq davasına girib.

Sensasiyalı boşanma 2024-cü il dekabrın 30-da rəsmiləşdirildi və qəyyumluq mübahisələri və paylaşılan aktivlərlə bağlı məsələlər, o cümlədən Fransanın məşhur mülkü “Château Miraval” həll edildi.

Ancelina Coli; Maddoks (23), Paks (21), Zahara (20) və Şilo (19), eləcə də Noks və Vivienn adlı 16 yaşlı əkizləri var .

Coli bu uşaqların ilk üçünü övladlığa götürüb. Digərləri Brad Pittlə evlilikdəndir. Lakin 2016-cı ildə icarəyə götürdükləri şəxsi təyyarədə baş verən dava Bred Pitin uşaqları ilə münasibətinə olduğu kimi evliliyə də böyük ziyan vurub.

“Us Weekly”nin mənbəsi, Pittin uşaqlarının bu dava və boşanmaya səbəb olan alkoqol asılılığına görə ona qarşı çevrildiyini bildiyini söyləyib: “Hər şeydə Colini günahlandırmır. Ən böyük peşmanlığı uşaqları ilə barışa bilməməsidir. Dava bitdi, amma qaliblər yoxdur. Davanı geridə qoymaq rahatlıq olsa da, övladları ilə yaxşı münasibət qurmamaq çətin olur.

“Us Weekly”nin mənbəsi də Pittin spirtli içkilərlə mübarizəsi haqqında “O, içməyi dayandırdıqdan sonra hər şey dəyişdi” deyib. O da bildirilib ki, 50 yaşlı Colinin keçmiş ərini bağışlamaq niyyəti yoxdur.

Əvvəlki aylarda iddia edilmişdi ki, Pablo Larrainin Mariya filmi yalnız “Ən yaxşı operator işi” nominasiyasında “Oskar” mükafatına namizəd olub və bu, baş rolu ifa edən Ancelina Colini üzmüşdü. Bir çox kino sənayesi adamının “Bu, Hollivudun Bred Pittin tərəfində olduğunu göstərir. Qızıl Qlobus xarici mətbuatın onu sevdiyini göstərir, lakin Hollivud üçün bunu demək olmaz. İnsanlar Bredi o qədər sevir ki, heç kim ona qarşı çıxıb Ancelinaya səs verməzdi” dediyi bildirilir.

Seçilən
10
13
vaxt.az

10Mənbələr