AZ

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə genefondumuzun qorunması baxımından həyati əhəmiyyətə malikdir”

Məlum olduğu kimi, bugünlərdə DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Xatırladaq ki, bundan öncə də adıçəkilən qurumların keçirdiyi əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb, bu istiqamətdə mühüm addımlar atılıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla DTX və DSX-nın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı bu əməliyyatların cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, xalqımızın genefondunun qorunması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə xalqımızın sağlamlığının, onun genefondunun qorunması baxımından həyati əhəmiyyətə malikdir. Narkotik çox böyük bəladır və bu bəla çox insanları, çox ailələri bədbəxt edib. Odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının qətiyyətlə alınması olduqca vacibdir. Bu baxımdan müvafiq dövlət qurumlarının bu bəlaya qarşı apardığı mübarizə təqdir olunmalı, alqışlanmalıdır.

Biz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  mübarizəni sərtləşdirməli, kimlərinsə xalqımızı zəhərləməsinə, onun genefonduna ölmcül zərbə endirməsinə imkan verməməliyik. Bu məsələdə hər kəsin ayıq-sayıqlıq sərgiləməsi, əlaqədar dövlət qurumlarına dəstək verməsi vacibdir”.

Seymur ƏLİYEV

Seçilən
7
11
moderator.az

10Mənbələr