AZ

Ukraynada PUA istehsalı rekord həddə çatıb

Ukrayna bir il ərzində pilotsuz uçuş aparatlarının (PUA) istehsalını 900% artıraraq, ayda 20 min ədəddən 200 minə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Atlantic Council” və “Georgetown Security Studies Review” hesabatlarına istinadla Ukraynanın “Defense Express” informasiya və konsaltinq şirkəti məlumat yayıb.

Mövcud məlumatlara əsasən, Ukrayna illik təxminən 2,4 milyon ədəd PUA istehsal edir.

Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin aprelində verdiyi açıqlamada 2025-ci ildə ölkənin bütün növ pilotsuz uçuş aparatlarının istehsalını maksimum səviyyədə artırmağa hazırlaşdığını bildirmişdi.

Onun sözlərinə görə, Ukrayna ordusunun pilotsuz sistemlərlə sabit və davamlı şəkildə təchiz olunması üçün istehsalın artımı vacibdir. Zelenski qeyd edib ki, bu sahədə “yaxşı perspektivlər” mövcuddur.

Seçilən
31
16
nocomment.az

10Mənbələr