BAKI, TurkicWorld
Qırmızı dənizdə Husilər tərəfindən hücuma məruz qalan "Magic Seas" adlı yük gəmisi batıb.
TurkicWorld xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriə məlumat verib.
“Magic Seas gəmisi tamamilə batıb. Bu, gəmi sahibinin fələstinli limanlara giriş qadağasını dəfələrlə pozmasına cavab olaraq silahlı qüvvələrimizin endirdiyi zərbənin nəticəsidir” - deyə, o bildirib.