AZ

Çin tarixdə ilk dəfə olaraq iki pilotlu beşinci nəsil qırıcıyı silahlanmaya daxil etdi

Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri tarixdə ilk dəfə olaraq iki pilotlu beşinci nəsil qırıcı təyyarənin istismarına başlayıb. Söhbət J-20 qırıcısının iki yerlik versiyasından – ehtimal ki, J-20S və ya J-20B adlandırılan modeldən gedir.

Təyyarənin görüntüləri Çin hərbi aviasiyası üzrə tanınmış tədqiqatçı @RupprechtDeino tərəfindən sosial şəbəkə X-də (əvvəlki Twitter) paylaşılıb.

Məlumata görə, yeni təyyarə 172-ci hava briqadasının tərkibinə daxil edilib. Bu briqada pilotların hazırlığı ilə məşğul olmaqla yanaşı, eyni zamanda döyüş ehtiyatı funksiyasını da yerinə yetirir.

İki pilotlu J-20-nin ilk fotoları bir neçə il əvvəl yayılmışdı, lakin bu günə qədər təyyarə ilə bağlı rəsmi və detallı məlumat verilməmişdi. Bu inkişaf, Çin hərbi aviasiyasının texnoloji üstünlüyünü və təlim imkanlarını daha da artıracağı gözlənilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
16
editor.az

10Mənbələr