AZ

Karim Rossi “Şamaxı”da

Əslən Mərakeşdən olan isveçrəli mərkəz hücumçusu Karim Rossi bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaq yolunda çalışmalarını davam etdirir. Sözügedən klub isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib. O, cari ilin fevral ayında qoşulduğu sözügedən komandanın heyətində 28 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

Rossi karyerası ərzində “Hall Siti”, “Sulte Varegem”, “Spetsiya”, “Luqano”, “Karmiotissa”, “Deva Yunayted”, “Kambur”, “Telstar”, “RFCU Lüksemburq”, “Persis Solo”, “Eskilstuna”, “Kyasso”, “Tsarsko Selo”, “Rasinq Yunion” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov və Dioqo Balaunu da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə yeni müqaviləyə imza atıblar.

Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimov isə komandanı tərk ediblər.

Seçilən
3
2
arena.az

10Mənbələr