AZ

Həmədanda "casus" həbs edilib

Həmədanda

SEPAH-ın Həmədan əyalətindəkı əməkdaşları İsrailin xarici kəşfiyyat xidməti (Mossad) ilə əlaqəli bir nəfəri həbs ediblər.

Bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

"Saxlanılan şəxs İranın hərbi mərkəzlərinin və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayıb, toplanan məlumatların gələcəkdə xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılıb",- məlumatda iddia olunub.

Qeyd edək ki, 12 günlük İran-İsrail münaqişəsindən sonra İranda yüzlərlə insan həbs edilib.

Onlardan 301 nəfəri siyasi ittihamlara görə, 1295 nəfəri isə "ölkənin milli təhküjəsizliyinə zərbə vurmaq" ittihamına görə saxlanılıb.

Saxlanılanların bir qisminə qarşı isə “İsrailə casusluq” və ya “sosial media vasitəsilə İsrailin İrandakı əməliyyatlarına dəstək ifadə etmək” ittihamı irəli sürülüb.

GünazTV

Seçilən
4
2
xalqcebhesi.az

10Mənbələr