AZ

Qrossi: İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, bu məsələni diplomatik yolla həll etmək lazımdır:

"Həll yolu hərbi ola bilməz, çünki texnoloji və sənaye bazasına malik belə mühüm ölkənin potensialını tamamilə məhv etmək mümkün deyil. Mümkün ssenarilərin hər birində diplomatik razılıq əldə edilməlidir".

Qeyd edək ki, İsrail iyunun 13-də İranın nüvə və müdafiə infrastrukturuna qarşı hərbi əməliyyata başlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
oxu.az

10Mənbələr