AZ

Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var - VİDEO

“Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində kondisionerdən istifadəyə görə əlavə ödəniş tələb edilə bilməz”.

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Konkret.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, taksilərə qoyulan tələblərdən biri də isitmə və soyutma sisteminin avtomobildə olması və işlək vəziyyətdə saxlanmasıdır:

“Əgər bu sistemin avtomobildə olması tələb kimi qoyulubsa, demək ki, o zəruri hallarda işlədilməlidir. Bu qurğular bəzək üçün nəzərdə tutulmayıb. Avtomobil istidirsə, soyutma sistemi – yəni kondisioner işə salınmalıdır. Soyuq havada isə əksinə, isitmə sistemi işləməlidir. Bu, sərnişinin rahatlığı və təhlükəsizliyi üçün vacibdir”.

Ekspert əlavə edib ki, bu xidmətə görə sərnişindən əlavə ödəniş tələb olunması qanunsuzdur.

Seçilən
48
avtosfer.az

1Mənbələr