AZ

Viktor Osimhen "Qalatasaray"ı seçdi

Viktor Osimhen "Qalatasaray"ı seçdi

Nigeriyalı futbolçu, dünyanın ən bahalı hücumçularından olan Viktor Osimhen Türkiyənin "Qalatasaray" klubunda oynamağa razılıq verib.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1 illik kirayə müqaviləsi əsasında "Qalatasaray"da oynayan Osimhen xeyli müddətdir gözlənən qərarını açıqlayıb. O, klubda qalmağa razılaşıb.

Hazırda "Qalatasaray"la İtaliya klubu "Napoli" arasında transfer danışıqları gedir. Danışıqları "Qalatasaray"ın başqan vəkili Abdullah Kavukçu aparır.

Qeyd edək ki, Viktor Osimhenə ərəb klublarından yüksək məbləğli təkliflər gəlsə də, futbolçu rədd edib. Yaxın saatlarda onun transferi ilə bağlı detallı məlumatın açıqlanacağı, hətta Türkiyəyə gələcəyi ilə bağlı məlumatlar Türkiyə mediasında əksini tapıb.

Seçilən
18
50
afn.az

10Mənbələr