AZ

“Chatham House”: İran Türkiyə-Azərbaycan-İsrail ittifaqından qorxur

İran Türkiyə-Azərbaycan-İsrail ittifaqından qorxur.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Chatham House” analitik mərkəzi yazır.

İran Türkiyə, Azərbaycan və İsrail arasında regionda qüvvələr balansını dəyişə biləcək strateji ittifaqın yaradılmasından ehtiyat edir.

Qeyd olunur ki, Azərbaycanın Suriyadakı gərginliyin aradan qaldırılması üçün Türkiyə və İsrail arasında diplomatik vasitəçi kimi çıxış etməsi İslam Respublikası rəhbərliyinin narahatlığını artırır.

Rusiyanın mövqelərinin zəifləməsi İran üçün də çətinliklər yaradır. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Moskva Türkiyənin maraqlarını nəzərə almağa getdikcə daha çox meyl edir.

Analitiklərin fikrincə, Rusiya Türkiyənin Cənubi Qafqazda artan nüfuzunu, xüsusən 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra tanıyıb.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra Rusiya da Suriyada hərbi mövcudluğunu və siyasi əhəmiyyətini qoruyub saxlamaq üçün Türkiyəyə ümid edir.

Bu yeni şəraitdə İran Azərbaycan və Türkiyənin təsirini tarazlaşdırmaq üçün vaxtilə Rusiyanın üstünlüyünə arxalandığı regionda getdikcə kənarda qalır.

Məqalədə vurğulanır ki, Tehran bu hadisələri öz milli təhlükəsizliyi və regiondakı nüfuzu üçün uzunmüddətli nəticələri olan geosiyasi böhran kimi qiymətləndirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
50
interpress.az

10Mənbələr