Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.
Viral.az xəbər verir ki, bu barədə Britanita hökumətinin saytında yenilənmiş “qara siyahının” məlumatlarından bəlli olub.
Siyahıya əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişev və onun müavini general-mayor Andrey Marçenko barəsində sanksiyalar tətbiq olunub.
Son Yazılar:
- Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq ETDİ
- Fransada deputat intihar ETDİ
- “Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub OLDU
Bundan əlavə, Moskva vilayətində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutuna qarşı məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar Birləşmiş Krallığa giriş qadağasını və aktivlər aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutur.