AZ

Arif Abdullayev: "Səhvlərin üzərində işləyəcəyik"

"Güləşçilərimiz Avropa çempionatında ikinci oldular. Nəticə daha yaxşı ola bilərdi".

İdman.biz Report.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Arif Abdullayev deyib.

O bildirib ki, idmançıların bəzi səhvləri olub: "Bu səhvlərin üzərində işləyəcəyik. Qarşıda bizi dünya çempionatı gözləyir. Düşünürəm ki, idmançılarımız bu yarışa qədər səhvlərini düzəldəcəklər".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

İdman.biz

Seçilən
1
5
idman.biz

10Mənbələr