Konkret.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı növbəti təxribat cəhdi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, yerli E1.ru portalının yazdığına görə, özünü Medina kimi təqdim edən bir qadın iddia edib ki, guya azərbaycanlıya məxsus kioskdən aldığı nektarinlərin içində tikiş iynəsi olub.
Qadının sözlərinə görə, meyvəni yuyub azyaşlı oğluna verib, uşaq isə ağlayaraq yanına gəlib və onun damağından kiçik bir tikiş iynəsi çıxarılıb.
Lakin bu məlumatın dezinformasiya olduğu ortaya çıxıb. Rusiya Antiterror Komitəsi hadisə ilə bağlı araşdırma apardığını və deyilən ərazidə ümumiyyətlə belə bir ticarət obyektinin mövcud olmadığını bildirib.
Natiq Səlim,
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.