AZ

Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahunun görüşündə İrana qarşı mübaribənin nəticələri və dini lider Əli Xameneinin taleyi müzakirə olunacaq.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “İran İnternational” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu görüşdə İrana qarşı mübarizənin davam etdirilməsi və Xameneinin öldürülüb-öldürülməməsi ilə bağlı qərarın qəbul olunması gözlənilir.

İsrailin müdafiə naziri İsrael Kats daha öncə bəyan etmişdi ki, Xameneinin daha çox yaşamasına icazə verilməməlidir.

Nəşr qeyd edir ki, Netanyahu və Tramp Xameneini öldürmək qərarına gəlsələr, dini lideri bunkerdə gizlənmək belə xilas etməyəcək. Çünki onların həm kəşfiyyat, həm də əməliyyat baxımından imkanları çox genişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
42
axar.az

10Mənbələr