ain.az, Demokrat.az saytına istinadən bildirir.
Rusiyanın Yekaterinburq şəhərində dördmərtəbəli anbar binasında güclü yanğın baş verib.Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə bölməsi məlumat yayıb.Yanğının sahəsi 3 500 kvadratmetrə çatıb və güclü alov nəticəsində dam örtüyü uçub.Bildirilir ki, yanğının söndürülməsinə 70-dən çox mütəxəssis və 30 texnika cəlb olunub.Yanğının səbəbləri hələ müəyyən edilməyib, zərərçəkənlər barədə rəsmi məlumat yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.