AZ

Sürücülük vəsiqəsini ya bazardan alırlar, ya da bazar adamı na çevrilmiş adamlardan... Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sürücülük vəsiqəsini ya bazardan alırlar, ya da "bazar adamı"na çevrilmiş adamlardan... Başqa izah?!

Yollarda bu qədər siqnal, qəza, qanunazidd davranışlar, kobudluq necə ola bilər axı?! Elə bil, bazardasan. Ya adamla toqquşursan, ya yük daşıyan araba ilə. Ya söyüş eşidirsən, ya qışqırıq.

Sürücülər həm psixoloji, həm narkoloji testdən keçirilməlidir. Avtomobili sürmək üçün tətbiq olunan imtahan və sınaq kifayət etmir. Görünən mənzərə budur. Sanki səbrimiz, əsəbimiz sınaqdan keçirilir. Ev iş arasında yox, həyatla ölüm arasında yol ölçürük.

Həqiqətən də bu gün yollarda çox sayda yol hərəkəti haqqında qanundan xəbərsiz sürücülər var. Sağdan-soldan gözləmədən ötmə hərəkəti həyata keçirən, xəbərdaredici işıq siqnallarından istifadə etməyən, səs siqnallarından yeri oldu-olmadı istifadə edən, işıqforlara və piyada keçidlərinə önəm verməyən sürücülər çoxdur. Bunların qarşısını almaq təbii ki, DYP-nin məsuliyyətindədir. Amma bu kimi sürücülərin sayı çoxdur. Deməzdim ki, onların hamısının sürücülük vəsiqəsi var. Çünki bu gün avtomobil idarə etməyi düşünən hər kəs yollardadır. Amma sürücülük vəsiqələrinin də pulla satıldığı ilə bağlı şaiələr də az deyil.

Hər nədirsə, bu gün yollarımızda vəziyyət acınacaqlıdır. Yolarda kifayət qədər aqressiv, gərgin sürücülər var. Onların aqressivliyinin səbəbi məlum deyil. Başqasının yoluna girən, digər sürücülərin hüquqlarına önəm verməyən şəxslərin qarşısını sadəcə qanun ala bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
45
bizimyol.info

10Mənbələr