AZ

Qayınatası 19 bıçaq zərbəsi ilə öldürdü: Günelin FOTOSU

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.

2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi - mərhumun qayınatası, 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:

“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...”.

Seçilən
44
2
publika.az

7Mənbələr