AZ

“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub olub

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol komandası ilk yoxlama oyununu keçirib.

Bakues.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Metallist” (Xarkov) ilə üz-üzə gəlib.

Qarşılaşma “köhlən atlar”ın məğlubiyyəti ilə bitib – 4:5.

Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında “Zirə”ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

phrase_var_article.chosen
18
18
icma.az

10phrase_var_article.sources