ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb.
Nümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
***
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti həmin gün Bakıda Zəfər parkını ziyarət edib.
Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistan Milli Assambleyasının sədri Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.