Sabunçuda 6 otaqlı ev yanıb.
Bu barədə Viral.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli mansarda tipli 6 otaqlı evin sahəsi 50 m² olan mətbəxində müxtəlif məişət avadanlıqları və 5 paq.m mətbəx mebeli yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 50 m² sahədə qarsalanıb və 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Son Yazılar:
- Sabunçuda ev YANDI
- Lənkəranda qəza: 20 yaşlı sürücü öldü
- Kəlbəcərdə avtomobil aşdı, xəsarət alanlar var
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.