AZ

Bakıda evlərin qiyməti kəskin dəyişəcək - SİYAHI

Yazını böyüt
Yazını kiçilt

Yay fəslinin gəlişi ilə Bakı və ətraf bölgələrdə bağ evlərinə tələbat kəskin artıb. Şəhərin səs-küyündən uzaqlaşıb ailəvi istirahət etmək istəyənlər, xüsusilə Bilgəh, Mərdəkan, Şüvəlan kimi ərazilərdə ev axtarırlar. Lakin artan tələblə bərabər, qiymətlər də sürətlə yüksəlib. Bu vəziyyət həm alıcılarda, həm də bazarda ciddi narahatlıq doğurub.

Bağ evlərində qiymət artımı bu templə davam edəcəkmi?

Hafta.az xəbər verir ki, əmlak üzrə ekspert Anar Nəsirov hazırda Bakı ətrafı kəndlərdə və qəsəbələrdə, xüsusən Mərdəkan, Şüvəlan, Novxanı, Bilgəh kimi dənizə yaxın ərazilərdə yerləşən mənzillərin qiymətlərində artım müşahidə edildiyini deyir:

“Yayda şəhərin səs-küyündən qaçaraq dənizkənarı ərazilərə üz tutan sakinlərin sayının artması qiymətlərə təsir göstərir. Çünki bu tip mənzillər qışda boş qalır, kirayə verilmir və yalnız yayda tələbat yaranır. Sahibkarlar və mənzil sahibləri bu fəsildə daha çox gəlir əldə etməyə çalışır, bu da qiymətlərin artmasına səbəb olur. Digər amil tələbin təklifi üstələməsidir. Belə ki, yayda insanlar daha çox dəniz kənarına və bağ evlərinə gedirlər, bu da təklifin tələbdən aşağı olması ilə nəticələnir. Bundan əlavə, bir aylıq və günlük kirayələrlə uzunmüddətli kirayələr arasında qiymət fərqi böyükdür. Çünki bir aylıq və ya günlük kirayələrdə sahibkarlar təkrar müştəri tapmaqda çətinlik çəkirlər. Bu il havaların əvvəlki illərə nisbətən daha sərin olması da tələbatı artırır. Nəticədə, qiymətlərin daha da yüksəlməsi gözlənilir. Keçən illərlə müqayisədə, bu il kirayə bazarında qiymətlər təxminən 25-30 faiz artıb. Bu, həm illik, həm də aylıq kirayələr üçün keçərli bir artımdır”. /globalinfo.az/

Seçilən
20
2
hafta.az

10Mənbələr