AZ

İsveçrə ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 4,4 dəfə artaraq 350,5 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan İsveçrəyə ixrac: 181,7 milyon dollar (+3,8 dəfə)

İsveçrədən Azərbaycana idxal: 168,7 milyon dollar (+5,4 dəfə)

Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,67 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,25 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Seçilən
3
1
vergiler.az

10Mənbələr