ABŞ-da qızılca xəstəliyinə yoluxma halları son 33 ilin ən yüksək həddinə çatıb. Peyvəndlə qarşısı alına bilən bu xəstəlik üzrə 2025-ci ilin əvvəlindən etibarən 1277 təsdiqlənmiş hal qeydə alınıb. Mütəxəssislər, aşağı peyvəndlənmə səviyyəsinin epidemiyanın yayılmasında əsas rol oynadığını bildirirlər.
Xalqcebhesi.az xəbər verir ki, Johns Hopkins Universitetinin məlumatına görə, yoluxmalar ölkənin 38 ştatında və paytaxt Vaşinqton DC-də qeydə alınıb. İndiyə qədər 3 nəfər həyatını itirib, ən azı 155 nəfər xəstəxanaya yerləşdirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bildirir ki, yoluxma hallarının 92 faizi peyvənd olunmamış və ya peyvənd vəziyyəti naməlum şəxslər arasında baş verib.
Texas birinci yerdədir
Ən çox yoluxma Texas ştatında qeydə alınıb – 700-dən çox hal. Kansas və New Mexico kimi digər ştatlarda da onlarla yoluxma müşahidə olunub.
Rəsmilər bildirirlər ki, virus əsasən peyvənd səviyyəsi aşağı olan icmalarda yayılır. Xüsusilə müasir tibbi qəbul etməyən Mennonit icmaları, infeksiyanın ən geniş yayıldığı qruplar arasında göstərilir.
Peyvənd əleyhinə fikirlər epidemiyanı artırır
Mütəxəssislərə görə, ABŞ-da son illərdə artan peyvənd əleyhdarlığı qızılca xəstəliyinin yayılmasında mühüm rol oynayır. Səhiyyə naziri Robert F. Kennedy Jr. əvvəllər uşaq peyvəndləri ilə bağlı yanlış məlumatlar yaymışdı. Lakin yoluxmaların artmasından sonra MMR (qızılca, parotit, qızılcam) peyvəndini dəstəkləyən açıqlamalar verməyə başlayıb.
Məryəm Quliyeva