AZ

Ali Məclisin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişir

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənarsessiyalarının çağırılması qaydaları dəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Ali Məclisi hər iliki növbəti sessiyaya yığılır. Naxçıvan MR Ali Məclisinin 31deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan MR AliMəclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gecolmayaraq çağırılır.

Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyaları AzərbaycanRespublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisitərəfindən, Naxçıvan MR Ali Məclisinin 16 deputatının tələbiəsasında və ya öz təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin sədritərəfindən çağırılır.

Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və yaNaxçıvan MR Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan MR AliMəclisinin sessiyasının qapalı iclası keçirilə bilər.

Təklif edilən dəyişikliyə görə, Naxçıvan MR-in Ali Məclisi həril iki növbəti yaz və payız sessiyalarına yığılacaq. Naxçıvan MRAli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatınınsәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan MR Ali Məclisinin ilkiclasının keçirilmə vaxtını Naxçıvan MR-in Ali Məhkəməsi müəyyənedəcək.

Həmçinin Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyalarınıNaxçıvan MR Ali Məclisinin sədri Azərbaycan RespublikasıPrezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yaNaxçıvan MR Ali Məclisinin 16 deputatının tələbi əsasındaçağıracaq.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin və yaAzərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan MRAli Məclisinin sessiyasının qapalı iclasının keçirilə biləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
141
9
az.trend.az

10Mənbələr