AZ

"Nissan"yarım milyona yaxın avtomobili geri çağırır - SƏBƏB

Yaponiyanın "Nissan" avtomobil markası bəzi modellərdə mühərriklərin sıradan çıxa biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən 480 min avtomobili geri çağırmaq qərarına gəlib.

Avtosfer.az xəbər verir ki, bu barədə Metro.co.uk portalı məlumat yayıb.

Geri çağırılan modellərə "Altima" (2019-2020-ci il istehsalı), "Infiniti QX50" (2019-2022-ci il istehsalı), "Rogue" (2021-2022-ci il istehsalı) və "Infiniti QX" (2021-2025-ci il istehsalı) modelləri aiddir.

Problemin mühərrikin yastıqları ilə əlaqədar olduğu qeyd edilib. Bildirilib ki, İstənilən lazımi təmir və ya mühərrikin dəyişdirilməsi dilerlərdə həyata keçiriləcək.

Seçilən
3
50
avtosfer.az

10Mənbələr