AZ

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

Bakı. Trend:

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir və polisorqanlarının maddi-texniki bazasını möhkəmləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, polis əməkdaşlarının sosial müdafiəsinigücləndirmək və polis orqanlarının maddi-texniki bazasınımöhkəmləndirmək aşağıdakı vəsaitlər məqsədilə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinəhesabına köçürüləcək:

  • polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri vəcinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsindədövlətə vurulmuş ziyanın ödənilməsi üçün araşdırma dövründə ibtidaidövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
  • polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləriüzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyənedilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçündövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5faizi.

Yuxarıda nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən olunacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
122
42
az.trend.az

10Mənbələr