Samuxda qonşusunu öldürən şəxs tutulub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Həyata keçirilən tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, A.Alıyev saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.