AZ

Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası başa çatır...

APA-nın xəbərinə görə, iyulun 14-də növbədənkənar sessiya çərçivəsində son iclas keçiriləcək.

***

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasının tarixi məlum olub.

APA xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.

İyulun 14-də parlamentin növbəti plenar iclası keçiriləcək.

***

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb.

Poliqon xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələ daxil edilib.

Gündəlikdəki “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” və “Qaz təchizatı haqqında” qanun layihələri üçüncü oxunuşda, yeni hazırlanmış “Xüsusi icra məmurları haqqında” qanun layihəsi isə ikinci oxunuşda müzakirə olunacaq.

Poliqon.info

Seçilən
6
17
poliqon.info

10Mənbələr