AZ

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Bakı, 8 iyul, AZƏRTAC

2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, valideynlər Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi iyulun 9-u saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 10-u saat 13:00-da başlayacaq.

Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və sentyabrın 12-dək davam edəcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

 

Seçilən
186
29
azertag.az

10Mənbələr