AZ

Zəfər Qurbanov Necdet Budakla İzmirdə görüşdü - FOTOLAR

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, EU prorektoru İlkin Şengün, EU Kənd təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan, EU Kənd təsərrüfatı fakültəsinin dekan müavini Gülsüm Öztürk və ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının layihə rəhbəri Edip Açıl iştirak ediblər.

İclasda çıxış edən Aqrar Universitetin rektoru Zəfər Qurbanov proqramın uğurla davam etdiyini, yeni ixtisaslarla cari ildən proqrama tələbə qəbulu həyata keçiriləcəyini diqqətə çatdırıb.

Proqramın icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan rəhbər komitə görüşündə bir sıra vacib məsələlər müzakirə olunduqdan sonra, Proqramının direktoru Lamiyə Quliyevanın hesabatı dinlənilib.

Seçilən
14
43
unikal.az

10Mənbələr