AZ

Dönmə işığını yandırmayan xanım sürücü hərəkətə mane oldu VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xırdalan şəhərində qadın sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində digər hərəkət iştirakçısına maneə yaranıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 99-VK-076 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan sürətini azaldaraq sola dönməyə cəhd edib. Bu isə arxadan gələn və hadisəni qeydə alan sürücünün hərəkətinə mane olub.

Qanunvericiliyə əsasən, dönmə siqnalları digər sürücüləri xəbərdar etmək üçün nəzərdə tutulub və onlardan istifadə etməmək qayda pozuntusu sayılır. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, bu hal üçün 40 manat məbləğində cərimə tətbiq olunur.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
avtosfer.az

1Mənbələr