AZ

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Görüşdən əvvəl Səudiyyə Ərəbistanının Baş Qərargahında rəsmi qarşılanma mərasimi təşkil olunub. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

4b1ed4812942cd86aad08a4f59ee7fae

186a333da812441fd29732d8d6371bda

da02caadaa636e02087bc4d58fee3be7

6ea6bb3d867c421e9e85c429dfe7ece7

Seçilən
355
12
poliqon.az

10Mənbələr