AZ

"Real"ın oyunçusunun cəzası bilindi

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Din Höysenin klublararası dünya çempionatındakı cəzası bilinib. 

QOL.az xəbər verir ki, bu barədə "Cope" məlumat yayıb. 

20 yaşlı müdafiəçi turnirin 1/4 final mərhələsində Dortmund "Borussiya"sı ilə matçda aldığı qırmızı vərəqəyə görə bir oyunluq cəzalandırılıb. Bu isə o deməkdir ki, "Real"ın finala çıxdığı təqdirdə Höysen iştirak edə biləcək. 

Qeyd edək ki, "Real" klublararası dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşacaq. Görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Seçilən
25
1
teleqraf.com

2Mənbələr